Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib

22-11-2017, 06:49           
Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.
"Report" xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında yer alan kollektivlər üz-üzə gəlib.
Türkiyənin "Beşiktaş" klubu qonaq etdiyi "Porto" (Portuqaliya) ilə 1-1 bərabərə qalaraq son matç öncəsi "G" qrupunu lider kimi bitirməyi özünə təmin edib. Beləliklə, "ağ-qaralar" klub tarixində ilk dəfə olaraq Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlib.
"E" qrupunun görüşünü maraqlı edən "Sevilya" – "Liverpul" qarşılaşması böyük həyəcana səhnə olub. "Liverpul" Firminonun 2 və 30, Manenin isə 22-ci dəqiqədə vurduğu qollarla fasiləyə 3-0 öndə yollanıb. Lakin ev sahibi "Sevilya" Ben Yedderin 51 və 60, Pizarronun isə 90+3-cü dəqiqədə vurduğu qollarla matçı 3-3-lük heç-heçə ilə başa vurmağı bacarıb.
Rəqib qapıçını iki dəfə məyus edən "Liverpul"un braziliyalı futbolçusu Roberto Firmino, Çempionlar Liqasındakı ilk 5 oyununda 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb.
APOEL ilə qarşılaşmadan 6-0 qalib ayrılan "Real Madrid", "Tottenhem"dən sonra "H" qrupundan çıxmağı özünə təmin edən ikinci komanda olub. "Real"ın portuqaliyalı ulduz futbolçusu Kristianu Ronaldu qapıçını 2 dəfə məyus edərək bu mövsüm Çempionlar Liqasındakı qol sayını 8-ə çatdırıb. Beləliklə, o, ötən mövsümdə vurduğu qollarla yanaşı 2017-ci ildə qeydə alınan toplarının sayını 18-ə çatdırmaqla "Çempionlar Liqasında bir təqvim ilində ən çox qol vuran futbolçu" rekordunu yeniləyib. Daha əvvəlki rekord da 2015-ci ildə 16 qola imza atan Ronalduya məxsusdur.
Qrupun digər matçında "Tottenhem" "Borussia Dortmund"u 2-1 məğlub edərək "H" qrupunda liderliyini elan edib.
Qeyd edək ki, bundan əvvəl Fransanın PSJ, Almaniyanın "Bavariya”, eləcə də İngiltərənin "Mançester Siti” və "Tottenhem” kollektivləri 1/8 finala vəsiqəni erkən təmin ediblər.
Çempionlar Liqası, Qrup mərhələsi, V tur
21 noyabr
E Qrupu
21:00. "Spartak" (Moskva, Rusiya) - "Maribor" (Sloveniya) – 1:1
23:45. "Sevilya" (İspaniya) - "Liverpul" (İngiltərə) – 3:3
Xal durumu: "Liverpul" - 9, "Sevilya" - 8, "Spartak" - 6, "Maribor" - 2.
F Qrupu
23:45. "Napoli" (İtaliya) - "Şaxtyor" (Ukrayna) – 3:0
23:45. "Mançester Siti" (İngiltərə) - "Feyenoord" (Hollandiya) – 1:0
Xal durumu: "Mançester Siti" - 15, "Şaxtyor" - 9, "Napoli" - 6, "Feyenoord" - 0.
G Qrupu
23:45. "Monako" (Fransa) - "Leyptsiq" (Almaniya) – 1:4
21:00. "Beşiktaş" (Türkiyə) - "Portu" (Portuqaliya) – 1:1
Xal durumu: "Beşiktaş" - 11, "Portu" - 7, "Leyptsiq" - 7, "Monako" - 2.
H Qrupu
23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə) – 1:2
23:45. APOEL (Kipr) - "Real Madrid" (İspaniya) – 0:6
Xal durumu: "Tottenhem" – 13, "Real Madrid" – 10, "Borussiya" – 2, APOEL-2.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru