Avstraliya yığmasının baş məşqçisi istefa verib

22-11-2017, 09:18           
Avstraliya yığmasının baş məşqçisi istefa verib
Futbol üzrə Avstraliya yığma komandasının baş məşqçisi Anqelos Postekoqlu vəzifəsindən istefa verib.

“Report” xəbər verir ki, bu barədə 52 yaşlı mütəxəssis Sidneydə keçirilən mətbuat konfransında məlumat verib. Postekoqlu yığmaya 2013-cü ilin oktyabrında baş məşqçi təyin olunub.

Avstraliya millisi onun rəhbərliyi altında Rusiyada keçiriləcək 2018-ci il Dünya çempionatına vəsiqə qazanıb. Komanda "play-off" matçında Hondurası mübarizədən kənarlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru