3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`

23-11-2017, 11:12           
3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
Azərbaycanın Çempionlar Liqasında yeganə təmsilçisi olan Ağdamın "Qarabağ" klubu dünən növbəti oyununa çıxıb. Olimpiya stadionunda Londonun adlı-sanlı klubu olan “Çelsi”ni qəbul edən təmsilçimiz növbəti dəfə hakimin səhv qərarının qurbanı olub. Oyunun ilk 15 dəqiqəsinədə rəqibinə güclü müqavimət göstərən "Qarabağ" klubu məhz penalti qərarı və qırmızı vərəqədən sonra bilərəkdən sındırıldı. Rəşad Sadıqovun meydandan qovulması və qapımıza penalti zərbəsi təyin olunması UEFA-nın aşağı qrup klublara qarşı ikili standartlara yol verməsini göstərir.

"Atletiko Madrid", "Roma" və "Çelsi" kimi klublarının mərhələ adlamasını daha məqbul hesab edən UEFA rəhbərliyi bununla "Qarabağ" kimi klubları sıxışdırmağa cəhd edir. "Qarabağ"ın mərhələ adlaması dünya azarkeşləri üçün maraqsız görünmə ehtmal olduğu üçün Avropanın ali futbol qurumu hakimlər vasitəsilə klublara belə təzyiq göstərir. "Qarabağ"ın 3 oyunda 3 qırmızı vərəqə alması UEFA-nın Azərbaycan təmsilçisinə qarşı qərəzli mövqedə olmasını göstərir. Avropa qurumu olsa da, təşkil etdiyi turnirdə kifayət qədər hakim səhvlərinin qarşısını almayan UEFA rəhbərliyinin bu mövqeyi anlaşılan deyil.

"Qarabağ"ın mərhələ adlaması dünya azarkeşləri üçün maraqsız görünmə ehtmal olduğu üçün Avropanın ali futbol qurumu hakimlər vasitəsilə klublara belə təzyiq göstərir.

Futbol mütəxəsisslərinin də yekdil fikrinə əsasən, "Qarabağ"ın oyunçusunun dünən qırımızı vərəqə alması hakim adına biabırçılqıdır. Kluba həm penalti təyin etmək, həm də qırmızı vərəqə göstərmək portuqal hakimin “Qarabağ”ı sıxışdırmaq fikrini ortaya qoyur. Bundan əlavə "Qarabağ" klubu Avropa Liqasında mübarizə apararkən də hakimlərin təzyiqi ilə qarşılaşmışdı. Belə ki, öz meydanın Milanın İnter lubu ilə qarşılaşmada qol vursa da, çexiyalı hakim bunu qərəzli şəkildə qeydə almamışdı. Həmin oyunun nəticəsi olaraq təmsilçimiz turnirdən kənarda qalmışdı.

"Qarabağ"ın London təmsilçisinə 4:0 hesablı məğlubiyyətinə rəğmən Azərbaycan təmsilçisini qəhərman hesab etmək olar. Məhz UEFA-nın qərəzli mövqeyi ilə sıxışdırılan təmsilçimiz Avropanın nəhəng klubları ilə başabaş mübarizə aparıb. Bu səbədən təmsilçimizin məğlubiyyətlərinə və qrupda 2 xal toplamasına baxmayaraq, "Qarabağ" Azərbaycan və ədalətsevər azarkeşlər üçün qəhrəman klub adını qazanıb. \\faktxeber.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.