Nizami ilə Mirhüseynin əməlinin üstünü açan səs yazısı – TƏFƏRRÜAT

3-12-2017, 22:12           
Nizami ilə Mirhüseynin əməlinin üstünü açan səs yazısı – TƏFƏRRÜAT
AFFA İntizam Komitəsi tərəfindən ömürlük futboldan uzaqlaşdırılan “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovunəməlindən klub rəhbərliyinin necə xəbərdar olması ilə bağlı şok təfərrüat məlum olub.

teref.az Yenicag.az-a istinadən xəbər verir ki, adıçəkilən oyunçular “Neftçi” ilə matç üçün bukmeker kontoruna pul qoyuluşu edərkən, bunu komanda yoldaşlarına da təklif ediblər. Bu futbolçular arasında Fuad Bayramov, Samir Zərgərov və İlkin Qırtımov da olub. Nizami ilə Mirhüseyn bundan rəhbərliyin də xəbərinin olduğunu bildiriblər.

Lakin digər futbolçular buna razılaşmayıb. Nəticədə söhbət rəhbərliyə qədər çatıb. Fuad Bayramovla öz otağında söhbət edən klub prezidenti Zaur Axundov futbolçu ilə danışarkən onun səsini yazıb. Bu səsyazısı da futbolçuların əməlinin üstünü açıb.

Bundan sonra da aiddiyyəti qurumlara müraciət olunub. Nəticədə futbolçular öz əməllərini etiraf ediblər.

Nizami Hacıyevin də sükutu pozmamasının səbəbi məhz budur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru