"Roma” “Qarabağ”la oyun üçün iştirak ərizəsini açıqlayıb

5-12-2017, 08:00           
"Roma” “Qarabağ”la oyun üçün iştirak ərizəsini açıqlayıb
UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq “Roma” çempionumuzla oyun üçün iştirak ərizəsini açıqlayıb.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, “canavarlar”ın baş məşqçisi Eysebio di Françesko siyahıya 19 futbolçunun adını daxil edib.

“Qarabağ” qarşısında aşağıdakı oyunçular meydana çıxa bilərlər:

Qapıçılar: Alison Beker, Lukaş Skorupski

Müdafiəçilər: Juan Jezus, Aleksandar Kolarov, Hektor Moreno, Federiko Fazio, Kostas Manolas

Yarımmüdafiəçilər: Raca Naynqolan, Kevin Strootman, Lorenzo Pelleqrini, Daniele De Rossi, Maksime Qonalons, Alessandro Florenzi, Gerson

Hücumçular: Dieqo Perotti, Edin Ceko, Patrik Şik, Cengiz Ünder, Stefan El Şaaravi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru