"Roma"nın baş məşqçisi: "Qarabağ" ilk oyun istisna olmaqla, əla oyun nümayiş etdirdi"

6-12-2017, 07:45           
"Roma"nın baş məşqçisi: "Qarabağ" ilk oyun istisna olmaqla, əla oyun nümayiş etdirdi"
"Xüsusi təəssüratlarım yoxdur. Bu qələbə vacib idi. İkinci hissədə daha yaxşı oyun sərgilədik. Amma biz burada dayanmamalıyıq. İndidən 1/8 final mərhələsi haqda düşünməliyik".
"Report"un İtaliyanın paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Roma"nın baş məşqçisi Eusebio Di Françesko "Qarabağ" ilə keçirdikləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında deyib.
O, bildirib ki, hər dəfə daha çox nailiyyət əldə etmək istəyirlər: "Çətin qələbə qazandıq. "Atletiko" kimi komandanı geridə qoyduq.
Sol cinahımız çox yaxşı oynayır. Amma komandamdan daha artığını və daha çox qol gözləyirəm. Oynayanlar və oynamayanlar çox sevindi. Hamı mərhələ keçməyimizi çox istəyirdi".
Di Françesko Qurban Qurbanovun mətbuat konfransını pozan italiyalı jurnalistlərin davranışına da münasibət bildirib: "Söhbət futboldan gedirsə, həmişə cavab verirəm. Amma şəxsi məsələlərə cavab vermirəm".
İtaliyalı mütəxəssis 1/8 finalda heç bir rəqibdən çəkinmədiklərini və hər biri ilə sonadək mübarizə aparacaqlarını əlavə edib.
O, "Qarabağ" komandası haqqında da fikirlərini bölüşüb: "Qarabağ" ilk oyun istisna olmaqla, əla oyun nümayiş etdirdi. İlk oyundakı sistem səhv idi. Xüsusən, "Atletiko" kimi komandanın qarşısını aldı və bu rəqibə qarşı layiqli müqavimət göstərdi. Buna görə "Qarabağ"a minnətdaram".
"Qalib gəlmək və sevinmək yaxşıdır. Amma sonra məğlubiyyət gələ bilər. Bu iki məqam arasında ortaq məxrəc tapmaq lazımdır", - deyə baş məşqçi əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.