Rusiyalı idmançılar Olimpiadada neytral bayraq altında çıxış edəcəklər

13-12-2017, 00:35           

Rusiya Olimpiya Komitəsinin Olimpiya yığıncağı yerli idmançıların 2018-ci il Qış Olimpiya Oyunlarında neytral statusda çıxış etmək istəkləri ilə bağlı bəyanatını dəstəkləyib.

TASS xəbər verir ki, müvafiq qərar yekdilliklə qəbul olunub. Pxençxan-2018-də iştirak etməklə bağlı yekun qərarı hər bir idmançı özü verəcək.

Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də ölkə rəhbərliyinin idmançıların Qış Olimpiya Oyunlarında neytral statusda iştirakına mane olmayacağını bildirib.

Qeyd edək ki, Rusiya yığması 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb. Bununla belə, qan analizlərində dopinq tapılmayan idmançılar Oyunlarda neytral bayraq altında çıxış edə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru