Rauf Əliyevdən Albaniyada növbəti qol

13-12-2017, 23:07           

Futbol üzrə Albaniya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Sportlifer.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv aşağı liqa təmsilçisi “Erzeni” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matçda futbolçumuzun komandası darmadağına sevinib – 5:1.

Rauf da bu görüşün iştirakçısı olub. Komandasının dördüncü qolunu da məhz Əliyev vurub.

Bu rəqibini səfərdə də 4:1 hesabıyla məğlub etmiş “Kukesi” iki oyunun cəminə görə 9:2 üstün olub və 1/4 finala yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru