@Mançester Siti” İngiltərə çempionatında ardıcıl 15 qələbə qazanan ilk klub olub

14-12-2017, 09:26           
@Mançester Siti” İngiltərə çempionatında ardıcıl 15 qələbə qazanan ilk klub olub
“Mançester Siti” klubu İngiltərə Premyer Liqasında ardıcıl 15 qələbə qazanan ilk klub olub.

APA-nın məlumatına görə, ötən axşam “Mançester Siti” 17-ci tur çərçivəsində rəqib meydanında “Suonsi”ni 4:0 hesabı ilə darmadağın edib.

Beləliklə, Xosep Qvardiolanın yetirmələri London “Arsenal”nın rekordunu qırıblar. Qeyd edək ki, “Arsenal” 14 ardıcıl qələbəni iki mövsüm ərzində (2001/02 - 2002/03) rəsmiləşdirib.

Hazırda 17 matçdan sonra 49 xal toplayan “Mançester Siti” ən yaxın rəqibini 11 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru