Messidən Suriya qaçqını olan cavan qıza jest

17-12-2017, 11:53           
Messidən Suriya qaçqını olan cavan qıza jest
“Barselona”nın ulduz siması Lionel Messi Suriyanın Hələb şəhərindən Almaniyanın Köln şəhərinə qədər gəlib çıxan suriyalı qaçqın Nuyen Mustafanın xəyallarını gerçək edib.
Belə ki, təxminən 5 min kilometr yol qət edərək Almaniyaya qədər gedən gəncin həyat hekayəsini britaniyalı jurnalist Kristina Lamb qələmə alaraq kitab şəklində dərc edib. N.Mustafa məhz bu kitabdan sonra məşhurlaşmağa başlayıb.
“Barselona”nın qatı azarkeşi olan qaçqın qızın ən böyük xəyalı isə sevimli klubunu ziyarət etmək olub.
Klubun üzvlərinə məxsus avtobus gənc azarkeşin evinə qədər gedib və onu İspaniyaya aparıb. O, “Barselona”nın evi “Kamp Nou” stadionunda komandanın “Selta” ilə keçirdiyi matçı canlı olaraq izləyib. Daha sonra ona arxasında öz adı yazılan “Barselona” forması hədiyyə edilib. Matçdan sonra L.Messi, C.Pike, A.İnyesta və L.Suarez ilə fotolar çəkdirib və formasını imzaladıb. Futbolçulara imzalı kitabını hədiyyə edən N.Mustafa həyatının ən gözəl gününü Messinin sayəsində yaşadığını deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.