Braziliyalı əfsanə karyerasını bitirdi

18-12-2017, 01:12           
Braziliyalı əfsanə karyerasını bitirdi
Braziliyalı ulduz futbolçu Kaka Leyte peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Muxalifet.az xəbər verir ki, bu barədə Tvitterdə açıqlama yayan Kaka bunları yazıb:
“Qurduğum xəyallardan daha çox şey yaşadım. Hər şey üçün təşəkkürlər! İndi yeni macəralara başlamağın zamanıdır”.
Qeyd edək ki, 35 yaşlı ulduz 2007-ci ildə “Milan”ın heyətində ikən dünyanın ən yaxşı futbolçusu seçilib. Kaka 2002-ci ildə dünya çempionu olan Braziliya yığmasının heyətində idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru