"Mançester Siti" və "Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalına çıxıb

20-12-2017, 08:11           
"Mançester Siti" və "Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalına çıxıb
"Mançester Siti" "Lester Siti" üzərində qələbə qazanaraq futbol üzrə İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinə çıxıb.

“Report” xəbər verir ki, "Mançester Siti" Bernard Silvanın 26-cı dəqiqədə vurduğu qol sayəsində önə çıxıb.

96-cı dəqiqədə "Lester"in forvardı Ceymi Vardi penaltindən hesabı bərabərləşdirib.

İki əlavə vaxt qalibi müəyyən etməyib.

Penaltilər seriyasında Hosep Qvardiolanın yetirmələri qələbə qazanıb.


***01:58

Londonun "Arsenal" klubu futbol üzrə İngiltərə Liqa Kubokunun ¼ finalında "Vest Hem Yunayted" üzərində qələbə qazanaraq yarımfinala çıxıb.

“Report” xəbər verir ki, görüş 1:0 hesabı ilə "topçular"ın xeyrinə başa çatıb.

Matçda yeganə qolun müəllifi hücumçu Denni Uelbek olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru