“Barselona”nın hücumçusu Leonel Messinin qalmaqallı qardaşı Matias Messi azadlığa buraxılıb.
Publika.az vesti.ru-ya istinadən xəbər verir ki, o, 100 min avro qarşılığında həbsdən azad edilib. Matias Messi cəzasının qalan hissəsini ev dustaqlığı şəraitində çəkəcək.
Qeyd edək ki, Messinin həbsinə səbəb katerində çox sayda silah-sursatın aşkar edilməsi olub.