Fatih Terim “Qalatasaray”“la danışıqlara başlayıb

22-12-2017, 08:39           
Fatih Terim “Qalatasaray”“la danışıqlara başlayıb
İqor Tudoru baş məşqçi postundan qovduqdan sonra vakant yerə namizəd axtaran “Qalatasaray”ın siyahısında Fatih Terimin də olduğu haqqında xəbər vermişdik. Apasport.az saytının məlumatına görə, hətta idarə heyəti üzvləri arasında mübahisələrə səbəb olan təcrübəli mütəxəssis maraqlı mesajla diqqət mərkəzinə gəlib.

Terim rəsmi tvitter hesabından klubun adını əlavə edərək “Harda qalmışdıq, “Qalatasaray”? yazıb.

Bundan bir neçə dəqiqə sonra isə klubdan rəsmi açıqlama verilib və Fatih Terim ilə danışıqlara başlandığı bildirilib.

Onun bu həftə “Göztəpə” ilə oynanılacaq Super Liqa matçında komandanın başında olması gözlənilir.

Qeyd edək ki, bu, məşhur məşqçinin “Qalatasaray”a 4-cü qayıdışıdı. Daha əvvəl 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə İstanbul klubuna rəhbərlik etmiş Terim 2000-ci ildə “sarı-qırmızılar”la UEFA Kubokunu qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru