"Mançester Siti" komandasının baş məşqçisi İspaniyada separatçıların siyahısına salınıb

22-12-2017, 08:55           
"Mançester Siti" komandasının baş məşqçisi İspaniyada separatçıların siyahısına salınıb
"Mançester Siti" futbol komandasının baş məşqçisi Xosep Qvardiola separatçılıqda ittiham olunur.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, Kataloniyada referendumun keçirilməsinə kömək etdiyi üçün separatçılar siyahısına daxil edilib.

Siyahı İspaniya polisi tərəfindən tərtib edilib. 46 yaşlı mütəxəssis bu ilin 11 iyununda Kataloniyanın müstəqilliyi haqqında katalon xalqının referendum keçirmə haqqını dəstəkləyən manifesti oxuyub. İspaniya polisinin qənaətinə görə, bununla X. Qvardiola bölgənin müstəqillik tərəfdarlarının səfərbər olmasına təkan verib.

Qeyd edək ki, referendum 1 oktyabr 2017-ci ildə keçirilib. Səsvermənin nəticəsinə əsasən seçkilərdə iştirak edənlərin 90,18%-i bölgənin İspaniyadan ayrılaraq müstəqil olmasını seçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru