İspaniya Futbol Federasiyasının prezidenti postundan uzaqlaşdırılıb

23-12-2017, 15:28           
İspaniya Futbol Federasiyasının prezidenti postundan uzaqlaşdırılıb
Anxel Mariya Vilyar İspaniya Krallığının Futbol Federasiyasının (RFEF) prezidenti postundan uzaqlaşdırılıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə İspaniya İdman Arbitraj Məhkəməsi qərar qəbul edib.

A.M.Vilyar bir müddət öncə İspaniya Ali İdman Şurası (CSD) tərəfindən RFEF-in prezidenti postundan uzaqlaşdırılmışdı. Tanınmış funksioner bu il iyulun 18-də oğlu Qorka və RFEF-in vitse-prezidenti Xuan Pardon ilə birlikdə İspaniya vətəndaş qvardiyasının bölmələrinin keçirdiyi reyd zamanı həbs olunublar.

Onlar 45 milyon avroya yaxın məbləğin mənimsənilməsində ittiham edilirlər. Həmçinin 67 yaşlı funksioner RFEF rəhbəri seçkisində təşkilatın vəsaiti ilə regional federasiyaların rəhbərlərini satın almaqda şübhəli bilinir.

Qeyd edək ki, Anxel Vilyar mayda yenidən seçildiyi RFEF-ə 29 ildir başçılıq edirdi. O, FİFA Şurasının böyük vitse-prezidenti kimi Mişel Platini azad olunduqdan sonra UEFA prezidenti səlahiyyətlərini icra edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.