“Barselona” “El-Klasiko”da “Real Madrid”i böyük hesabla məğlub edib

23-12-2017, 20:14           
“Barselona” “El-Klasiko”da “Real Madrid”i böyük hesabla məğlub edib
Bu gün İspaniya La Liqasında ilin sonuncu “El-Klasiko”su baş tutub. XVII tur çərçivəsində “Real Madrid” və “Barselona” komandaları qarşılaşıblar. “Santyaqo Bernabeu” stadionunda keçirilən oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 54-cü dəqiqədə Luis Suares açıb. Görüşün 63-cü dəqiqəsində isə meydan sahiblərinin müdafiəçisi Daniel Karvaxal qapıya gedən topun qarşısını əli ilə kəsdiyi üçün qırmızı vərəqə alıb. Təyin edilən penaltini isə Lionel Messi qola çevirib.

Oyunda son nöqtəni isə 90+2-ci dəqiqədə Aleş Vidal qoyub.

Qeyd edək ki, bu qalibiyyətdən sonra xalını 45-ə çatdıran “Barselona”a liderliyini möhkəmləndirib. Bir oyun az keçirən “Real Madrid” isə 31 xalla 4-cü sıradadır. report












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.