Hemilton: "Məni Bakı Qran-prisində Fettelin hərəkətindən çox, ona haqq qazandıranlar əsəbiləşdirib"

24-12-2017, 11:04           
Hemilton: "Məni Bakı Qran-prisində Fettelin hərəkətindən çox, ona haqq qazandıranlar əsəbiləşdirib"
"Mercedes"in pilotu Lüis Hemilton etiraf edib ki, onu Bakıda keçirilən Azərbaycan Qran-prisi zamanı Sebastyan Fettelin hərəkətindən çox, alman pilotun bunu qəsdən etmədiyini deyən insanlar bərk hirsləndirib.

“Report” xəbər verir ki, bunu Hemilton "Sky Sports"a bildirib.

"Hesab edirəm ki, bu vəziyyətdə ən pis olan şey, mənim Bakıdakı yarışdan sonra söhbət etdiyim ayrı-ayrı şəxslərin Fettelin bunu heç də qəsdən etmədiyini demələri idi. Mən onlara cavab verdim: "Bəs siz bilirsinizmi ki, biz ikimiz də avtonəqliyyat vasitəsi ilə yarışırıq və düz xətt üzrə maşını necə sürməli olduğumuzu bilirik?", - deyə o söyləyib.

Bunu, yeri gəlmişkən yüksəkvəzifəli stüardlar deyirdilər, sonra isə onlar etiraf etdilər: "Bəli, bəlkə də sən haqlısan". Mən isə onlara cavab verdim: "Siz ümumiyyətlə hansı yarışa baxmısınız?".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru