FİFA: Mutkonun qərarı DÇ-2018-in keçirilməsinə təsir etməyəcək

26-12-2017, 09:04           
FİFA: Mutkonun qərarı DÇ-2018-in keçirilməsinə təsir etməyəcək
FİFA hesab edir ki, Vitali Mutkonun Rusiya Futbol Federasiyasının (RFF) rəhbəri postunda fəaliyyətini dayandırmaq qərarı Rusiyada futbol üzrə dünya çempionatı – 2018-in keçirilməsinə öz təsirini göstərməyəcək.

“Report” "R-Sport"а istinadən xəbər verir ki, bu barədə FİFA-nın bəyanatında bildirilir.

"Mutkonun qərarı gələn il futbol üzrə dünya çempionatının təşkilinə heç bir təsir göstərməyəcək. FİFA, Rusiya hökuməti, RFF və Təşkilat Komitəsi futbol üzrə dünya çempionatına hazırlıq işlərində məhsuldar əməkdaşlığı plan üzrə davam etdirir. Yaxın günlərdə FİFA bütün tərəflərlə Təşkilat Komitəsi ilə bağlı gələcək addımları müzakirə edəcək və razılaşdıracaq", — deyə "R-Sport" FİFA-nin bəyanatını sitat gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru