İraq ordusu ölkənin şimalında Kərkük əyalətinin El-Havica şəhərinin İŞİD-dən təmizlənməsindən təxminən iki ay sonra xeyli silah-sursatın olduğu anbar aşkarlayıb.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ordu əsgərləri anbarı El-Havici yaxınlığındakı ərazidə əməliyyat zamanı tapıblar.
Anbarda xeyli raket mərmiləri, eləcə də avtomat və patronlar olub.