Mahir Mədətov Bundesliqaya GEDİR - Komandanın ADINI AÇIQLADI

9-01-2018, 16:32           
Mahir Mədətov Bundesliqaya GEDİR - Komandanın ADINI AÇIQLADI
“Hazırda Bundesliqanın iki köklü komandasından transfer təklifi almışam. Hələ ki, xəbər gözləyirəm. Yanvarın 15-ə qədər hər şey məlum olacaq”.

Bu sözləri Publika.az-a “Qarabağ” klubunun gənc hücumçusu Mahir Mədətov deyib.

O, Bundesliqa təmsilçisi olan iki komandadan daha ciddi təklif aldığını gizlətməyib. M.Mədətov onu transfer etmək istəyən klubların adlarını açıqlamaq istəməsə də, biz onun “saqqızını oğurlaya bildik”...

M.Mədətov “Beşiktaş”a transfer olunacağı ilə bağlı xəbərlərə toxunaraq bunun uydurma olduğunu vurğulayıb:

“Beşiktaş”a transfer olunmağım barədə heç özümün də xəbərim yoxdur. Sadəcə bunu düşünürəm ki, ola bilsin “Qarabağ”a bu barədə müraciət ediblər. Ancaq şəxsən mənə müraciət olunmayıb. Çox vaxt belə uydurma xəbərlər yayılır və mən buna çox üzülürəm. Məndən öncə isə məşqçim üzülür. Onun da belə yersiz iddialardan xoşu gəlmir. Belə yanlış xəbərlərlə xal qazanmaq doğru deyil”.

Qeyd edək ki, 20 yaşlı futbolçu Publika.az-a geniş müsahibəsində bu və haqqında çıxan digər xəbərlərə aydınlıq gətirib. Müsahibəni sabah saytımızda oxuya bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru