Neymarın atası "Barselona"nın yalanını ifşa etdi

18-01-2018, 18:31           

"Barselona" Neymarı almaq üçün 200 milyon avrodan çox pul xərcləyib". Fanat.Az xəbər verir ki, bunu Neymarın atası məhkəmədə çıxışı zamanı deyib.

Bu barədə "El Mundo" məlumat yayıb. Lakin həbsdə olan "Barselona"nın sabiq prezidenti Sandro Rosel braziliyalı futbolçu üçün 57 milyon ödədiklərini demişdi. Onu bu postda əvəz edən Xosep Mariya Bartomeu isə rəqəmi 86 milyon avro olaraq bildirmişdi.

Ancaq futbolçunun atası "Barselona"nın "Santos"a 134 milyon, Neymara isə 71 milyon avro ödədiyini açıqlayıb.

Qeyd edək ki, Neymar ötən yay 222 milyon avro qarşılığında PSJ-yə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru