İsveçdə professional boks ləğv edilə bilər

21-01-2018, 10:39           
İsveçdə professional boks ləğv edilə bilər
İsveçin Əməyin Mühafizəsi Agentliyi ölkədə professional boksla məşğul olmağı qadağan edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Boxing Scene" məlumat yayıb.

Qeyd edilir ki, bu, Ümumdünya Boksu Super Seriyasının sabiq iştirakçısı Erik Skoqlundun döyüşlərdən birində kəllə-beyin travması alması hadisəsinə görə ola bilər. Travma beyinə qanaxmaya gətirib çıxarıb.

İdmançı əməliyyat edilib və bir müddət medikomentoz koma vəziyyətində olub. Bu yaxınlarda Skoqlundu xəstəxanadan buraxıblar və o, indi ev şəraitində bərpa dövrünü keçir.

İsveç agentliyi bu hadisəni öyrənmək niyyətindədir və nəticələrdən asılı olaraq qəti qərar qəbul edəcək. Ölkədə peşəkar boksla məşğuliyyət bundan əvvəl də ciddi nəzarət altında idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru