Azərbaycanın xanım idmançısına dopinqə görə sanksiya tətbiq edildi

10-02-2018, 18:27           
Azərbaycanın xanım idmançısına dopinqə görə sanksiya tətbiq edildi
Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) İstiqlal.az saytına verilən məlumata görə, bu, həndbolçu Səbinə Nuriyevadır.

Azərbaycan millisinin və "Azəryol" klubunun qapıçısı 48 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Cəza 2017-ci il oktyabrın 23-dən qüvvəyə minib. 33 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub.

Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.

Qeyd edək ki, Səbinə Nuriyeva "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Xatırladaq ki, daha əvvəl Azərbaycanın daha 4 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru