Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də bürünc qazandı

12-02-2018, 00:31           

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" yarışı keçirilib. Beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb.

Publika.az xəbər verir ki, milli komanda mötəbər çempionatda bir bürünc medal qazanıb.

+78 kq çəki dərəcəsində yarışan qadın cüdoçumuz İrina Kindzerska Paris turnirində 3-cü yeri tutub. ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan cüdoçusu yalnız Yaponiya təmsilçisinə uduzaraq ölkəmizə bürünc medal qazandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru