Avropa Liqasında inamla irəliləyən "Qəbələ" bu gün pley-off mərhələsinin cavab matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, "qırmızı-qaralar" Afinada "Panatinaikos"un qonağı olub.
Bu komandalar arasında Bakıda keçirilən oyunda hesab açılmadığından cütün taleyinə Yunanıstanda aydınlıq gəlib.
Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanan Roman Qriqorçukun komandası daha bir uğurun astanasında idi. Bunun üçün "Qəbələ" səfərdən sərfəli nəticə ilə qayıtmalı idi ki, bunu da bacarıb.
Səfərdə rəqibi ilə 2:2 bərabərə qalan "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.