"Qarabağ" və "Qəbələ"nin potensial rəqibləri məlum olub – SİYAHI
28-08-2015, 10:34
Ötən gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan iki Azərbaycan klubu - "Qarabağ" və "Qəbələ"nin potensial rəqibləri məlum olub.
"Report" xəbər verir ki, hər iki Azərbaycan klubu 4-cü səbətdə yer alıb.
Səbətlər komandaların UEFA-nın reytinqində tutduğu yerə əsasən tərtib olunub. Qrup mərhələsində eyni ölkə və eyni səbətdən olan klublar qarşılaşa bilməzlər.
Səbətlərin tərkibi bu şəkildədir:
1-ci səbət: "Şalke" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya) "Bazel" (İsveçrə), Napoli (İtaliya), "Tottenhem" (İngiltərə), "Ayaks" (Niderland), "Vilyareal" (İspaniya), "Rubin" (Rusiya), "Atletik" (İspaniya), "Sportinq" (Portuqaliya), "Marsel" (Fransa), "Dnepr" (Ukrayna).
2-ci səbət. "Braqa" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Latsio" (İtaliya), "Anderlext" (Belçika), "Liverpul" (İngiltərə), AZ (Niderland), "Brügge" (Belçika), "Viktoriya" (Çexiya), PAOK (Yunanıstan), "Seltik" (Şotlandiya), "Beşiktaş" (Türkiyə), APOEL (Kipr);
3-cü səbət. "Monako" (Fransa), "Sparta" (Çexiya), "Fənərbaxça" (Türkiyə), "Legiya" (Polşa) "Bordo" (Fransa), "Lokomotiv" (Rusiya), "Lex" (Polşa), "Slovan" (Slovakiya), Sent-Etyen (Fransa), "Auqsburq" (Almaniya), "Rapid" (Avstriya), "Krasnodar" (Rusiya);
4-cü səbət. "Dinamo" (Belarus), "Partizan" (Serbiya), "Asteras" (Yunanıstan), "Qarabağ" (Azərbaycan), "Rusenborq" (Norveç), "Molde" (Norveç), "Qroningen" (Niderland), "Syon" (İsveçrə), "Mityulland" (Danimarka), "Skenderbeu" (Albaniya), "Qəbələ" (Azərbaycan).
Qrup mərhələsinin püşkatma mərhələsi bu gün keçiriləcək.