Messi tibbi müayinədən keçəcək

28-03-2018, 20:31           
Messi tibbi müayinədən keçəcək
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi tibbi müayinədən keçəcək.

Sportnet.az-ın məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverdo məlumat verib. O, argentinalı futbolçunun fiziki durumu haqda məlumatlı olmadığını söyləyib:

"Messi cümə axşamı tibbi müayinədən keçəcək. Daha sonra onun vəziyyətini qiymətləndirə bilərik. O, La Liqanın son matçında "Atletik"lə qarşılaşmada yaxşı təsir bağışladı. Ümid edirik ki, onun ciddi zədəsi yoxdur."

Qeyd edək ki, Lionel Messi Argentina milli komandasının heyətinə dəvət alsa da İtaliyanı 2:0 hesabı ilə məğlub etdikləri və İspaniyaya 1:6 uduzduqları matçda iştirak etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru