Həbib Nurməhəmmədov UFC tarixində ilk rusiyalı dünya çempionu olub

8-04-2018, 16:03           
Həbib Nurməhəmmədov UFC tarixində ilk rusiyalı dünya çempionu olub
MMA döyüşçüsü Həbib Nurməhəmmədov UFC tarixində ilk rusiyalı dünya çempionu olub.

“Report” xəbər verir ki, 29 yaşlı idmançı yüngül çəkidə UFC çempionu titulu uğrunda qarşılaşmanın 5-ci raundunda hakimlərin yekdil qərarı ilə amerikalı El Yakvint üzərində qələbə qazanıb.

Döyüş Nyu-York şəhərində baş tutub.

Bu, Nurməhəmmədovun karyerası ərzində qazandığı 26-cı qələbədir. Onun aktivində məğlubiyyət yoxdur. Yakvint üçün isə bu, 13 qələbə və 1 heç-heçə ilə yanaşı 4-cü məğlubiyyətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru