FİDE Prezident Şurası təşkilatın hazırkı prezidentinin dərhal istefasını tələb edib

9-04-2018, 08:28           

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurası təşkilatın hazırkı prezidenti Kirsan İlyumjinovdan dərhal istefaya getməsini tələb edib. APA-nın “Sovetskiy Sport”a istinadən verdiyi xəbərə görə, təşkilatın mətbuat xidmətinin məlumatına əsasən, qərar qurumun Minskdə keçirilmiş iclasında qəbul edilib.



Məlumata görə, qeyd olunan qərarın qəbul edilməsinə səbəb K.İlyumjinovun ABŞ-ın tətbiq etdiyi sanksiya siyahısında yer almasıdır. Təşkilatın bu səbəbdən ciddi maliyyə çətinlikləri yaşadığı bildirilir.



FİDE Prezident Şurasının 14 üzvü hazırkı prezidentin dərhal istefasını dəstəkləyib, 1 nəfər qərarın “əleyhinə” səs verib.



FİDE Prezident Şurası həmçinin təşkilatın Moskva ofisinin də dərhal bağlanılmasına dair qərar qəbul edib.



FİDE-nin vitse-prezidenti Georgius Makropulos təşkilatın prezidenti postuna öz namizədliyini irəli sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru