Güləşçimizdən qanı bahasına qələbə - VİDEO

9-04-2018, 22:04           
Güləşçimizdən qanı bahasına qələbə - VİDEO
ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunun finalında Azərbaycan yığmasının gənc üzvü Coşqun Əzimov qələbəni qanı bahasına əldə edib.

Sportnet.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində yer alan Əzimov öz çəkisindəki Ceyms Qrini böyük əzmkarlıq hesabına yenib. Görüşün sonlarında qaşından qan açılsa da, o, qələbəni qorumağı bacarıb. Qarşılaşmanın ardından Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti və baş məşqçisi Firdovsi Umudov Əzimovu kişi kimi döyüşdüyü üçün təbrik edib, yığmanın həkimi isə bir müddət onu müalicə edib.
[media=https://www.youtube.com/watch?v=X9KCSDNqEHw]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.