Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

10-04-2018, 08:29           

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, 1/4 finalın cavab oyunları çərçivəsindəki ilk qarşılaşmalar İtaliya və İngiltərədə baş tutacaq.

Hər iki matçda meydan sahibi olan komanda 3 topluq fərqi aradan qaldırmağa çalışacaq. “Roma”nın “Barselona” ilə görüşdə möcüzə etməsi inandırıcı sayılmır. Düzdü, “Mançester Siti”nin də “Liverpul”u keçməsinə yalnız komandanın sadiq azarkeşləri inanır. Çünki yarışın beşqat qalibi ilə görüşdə bu fərqi aradan qaldırmaq mümkünsüz olmasa da, çox çətindi. Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu sabah keçiriləcək.

Çempionlar Liqası



1/4 final (cavab oyunları)



10 aprel





22:45. “Roma” (İtaliya) – “Barselona” (İspaniya)



Baş hakim: Klemen Turpin (Fransa)



Roma. Olimpiya Stadionu



İlk oyun – 1:4





22:45. “Mançester Siti” (İngiltərə) – “Liverpul” (İngiltərə)



Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)



Mançester. Şəhər stadionu



İlk oyun – 0:3












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru