8 qol buraxan qapıçı küsüb meydandan qaçdı - FOTO

10-04-2018, 09:10           

Türkiyənin 2-ci liqasında keçirilən "Mersin İdman Yurdu" - "Eyupspor" matçında maraqlı hadisələr yaşanıb.

Publika.az Fanat.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 38-ci dəqiqəsinədək 4 qol buraxan Mersin klubunun qapıçısı Hasan Daş azarkeşlərin etirazına səbəb olub. Fanatların hədəfinə çevirilən qolkiper meydanı tərk edib.

Komanda yoldaşlarının bütün səylərinə rəğmən, Hasan Daş meydana qayıtmayıb və onun yerinə Dursun Cem Ateş oyuna qoşulub. Nəticədə "Mersin İdman Yurdu" daha 4 qol buraxaraq 0:8 hesabı ilə uduzub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru