“Qarabağ” klubunun Çempionlar Liqasındakı gəliri məlum olub

11-04-2018, 00:30           
“Qarabağ” klubunun Çempionlar Liqasındakı gəliri məlum olub
Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar məlum olub.

“Report”un İspaniyanın AS nəşrinə istinadən verdiyi məlumata görə, “Qarabağ” klubu cari mövsümdə 15.7 milyon avro qazanıb və bu nəticə ilə 25-ci pillədə qərarlaşıb.

Siyahıya 33,59 milyon avro ilə İngiltərənin “Liverpul” klubu başçılıq edir. Bu ölkənin digər təmsilçisi “Mançester Siti” Almaniyanın “Bavariya” klubu ilə birgə 33.36 milyon avro gəlirlə 2-3-cü yerləri bölüşürlər.

Qeyd edək ki, “Qarabağ” bu siyahıda Almaniyanın “Borussiya” (Dortmund), Fransanın “Monako”, Portuqaliyanın “Benfika” və Hollandiyanın “Feyenord” klublarını geridə qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru