“Kobra” dünya kəməri uğrunda döyüşə çıxacaq

12-04-2018, 02:18           
“Kobra” dünya kəməri uğrunda döyüşə çıxacaq
"Qəbələ" İdman Klubunun idmançısı, əməkdar idman ustası, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu, Bakıda keçirilən IV İslam Oyunlarının uşu sanda üzrə bürünc mükafatçısı, “Kobra” ləqəbi ilə tanınan Pərviz Abdullayev növbəti döyüşünə çıxacaq.

Faktor.az xəbər verir ki, aprelin 20-də Moskvada keçiriləcək mötəbər "ACB KB 15" turnirində Pərviz 77 kq çəki dərəcəsində dünya kəməri ugrunda mübarizə aparacaq. Döyüşçümüzün rəqibi çeçen əsilli Rusiya idmançısı İslam Baybatırov olacaq.

Sözügedən vacib qarşılaşma ilə bağlı mətbuat konfransı keçiriləcək. Tədbir aprelin 13-də saat 11:30-da Boks Federasiyasının Mətbuat Zalında (AMAY ticarət mərkəzinin yaxınlığı) təşkil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru