"Yuventus"un prezidenti Kollinanın UEFA-nın baş hakimi postundan istefasını tələb edib

13-04-2018, 09:01           
"Yuventus"un prezidenti Kollinanın UEFA-nın baş hakimi postundan istefasını tələb edib
İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli Pyerluici Kollinanın UEFA-nın Hakimlər Komitəsinin rəhbəri vəzifəsindən istefaya göndərilməsini tələb edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press"ə istinadən "Qazeta.Ru" məlumat yayıb.

Anyelli Çempionlar Liqasının ¼ finalında "Yuventus" və İspaniya "Real"ı arasında keçirilən cavab matçının hakimi Maykl Oliverin ikinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə qarşıdurmanın taleyini həll edən penaltini təyin etməsindən narazı qalıb.

"Hakimlər Komitəsinin rəhbərini 3 ildən bir dəyişmək lazımdır ki, onun vətəndaşlığını nəzərə alaraq, qərəzli yanaşmasının qarşısını almaq mümkün olsun", - deyə Anyelli bildirib. UEFA hələ ki, Anyellinin sözlərinə münasibət bildirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru