“Barselona”nın kapitanına yeni klubunda fantastik maaş

13-04-2018, 23:28           

“Barselona”dan ayrılacağı deyilən Andres İnyesta ilə bağlı yeni xəbər yayılıb.

Fanat.Az “Kataloniya Radiosu”na istinadən xəbə verir ki, “Roma”ya uduzduqdan sonra “Bəlkə də bu son Çempionlar Liqası matçım idi” deyən kapitanı Çinə transfer olunacaq.

Xəbərdə bildirilir ki, Çinin Super Liqa klublarından “Tianjin Quanjian” İnyesta ilə 3 illik ilkin protokol imzalayıb. 33 yaşlı futbolçu 3 il ərzində 37 milyon avro maş alacaq. Onun əlavə bonus və mükafatları da olacaq.

Qeyd edək ki, portuqaliyalı Paulo Souzanın çalışdırdığı “Tianjin Quanjian” klubunda braziliyalı Aleksandre Pato və belçikalı Aksel Vitsel kimi məşhur futbolçular çıxış edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.