Azərbaycan Qran-prisinin qalibi Bakıya qələbə ilə gəlir

15-04-2018, 17:35           
Azərbaycan Qran-prisinin qalibi Bakıya qələbə ilə gəlir
"Formula 1" üzrə Çin Qran-prisinə yekun vurulub.

"Report"un məlumatına görə, yarışın qalibi adını "Red Bull"un pilotu Daniel Rikkardo qazanıb.

Avstraliyalı pilot 56 dövrəlik mübarizəni birinci pillədə başa vurub. Sonrakı ikinci yeri "Mercedes" və "Ferrari"nin finlandiyalı pilotları Valtteri Bottas və Kimi Raykonnen əldə edib.

Rikkardo karyerasında 6-cı qələbəni əldə edib. O, son uğuruna ötən il Azərbaycan Qran-prisində sahib çıxıb. Növbəti Qran-pri də məhz 27-29 apreldə Bakıda təşkil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru