İsveçdə 11 yaşlı azərbaycanlı uşaq şahmatda birinci yerə çıxdı- FOTOLAR

15-04-2018, 17:58           

İsveçdə yaşayan azərbaycanlı uşaq şahmat turnirində birinci yerə çıxıb.


Bu barədə AFN-ə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

O qeyd edib: "Turnirdə qələbə qazanan Məhəmməd Əli Nəzərli 25 ildir ki, Stokholmda fəaliyyət göstərən İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nun kiçik üzvlərindən biridir. Məhəmməd Əli İsveçin "Dagens Nyheter" qəzetinin təşkil etdiyi "Şahmat 2018" yarışmasının 11 yaşlılar arasında Stokholm üzrə birinciliyini qazanıb. Bu qürurvericidir. Onun parlaq gələcəyindən xəbər verir. Gələcəkdə nüfuzlu yarışlarda iştirak edəcək. Bir azərbaycanlı kimi bundan fəxr etməmək mümkün deyil. Məhəmməd Əli Azərbaycan ruhunda tərbiyə alır. Valideynləri onu vətənpərvər, milli ruhda böyüdürlər. Üzvü olduğu dərnək Stokholmda fəaliyyət göstərir. Dərnək Azərbaycanla bağlı tədbirlər təşkil edir".
teref.az olaraq qeyd etmək istəyirik ki, Məhəmməd Əli Nəzərli hörmtli rejissorumuz, hal hazırda İsveçdə yaşayan Sevinc Nəzərlinin oğludur.
Sevinc xanımı oğlu Məhəmmədin uğurları münasibəti ilə təbrik edirik!















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.