Karyagin Şvarseneggerə xüsusi şahmat hədiyyə edib

17-04-2018, 08:19           
Karyagin Şvarseneggerə xüsusi şahmat hədiyyə edib
Rusiyalı qrossmeyster Sergey Karyagin dünya şahmat tacı uğrunda matçın təşkilatçıları ilə birlikdə ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru, aktyor Arnold Şvarseneggerə çempionatda istifadə ediləcək analoji şahmat dəstini hədiyyə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər şahmat üzrə dünya çempionatının "Instagram" səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Arnold Şvarsenegger ürəyindəki problemlər səbəbindən Los-Ancelesdə əməliyyat edilib.

"Biz gördük ki, Şvarsenegger əməliyyatdan sonrakı bərpa zamanı şahmat oynayır və ona seçmpionat matçının rəsmi dəstini göndəririk. Tezliklə sağalın və matçı izləmək üçün Londona gəlin", - deyə videogörüntüdə bildirilir.

Şahmat üzrə dünya çempionatı norveçli Maqnus Karlsonla ABŞ-dan olan Fabian Karuan arasında noyabrın 9-dan 28-dək Londonda keçiriləcək. Karyagin 2016-cı ildəki dünya tacı uğrunda matçda Karlsenə məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru