Azərbaycan layiqli rəqibdir, ancaq qalib gələcəyik - Qumar

18-04-2018, 08:00           
Azərbaycan layiqli rəqibdir, ancaq qalib gələcəyik - Qumar
Xatırladığım qədərilə, Azərbaycan millisi həmişə yaxşı oynayır. Onların yığması hər zaman yaxşı səviyyədə olub. Prinsipcə, çempionatları da Qazaxıstandan zəif deyil. Maraqlı oyun olacaq.

Qol.az-ın məlumatına görə, bu sözləri Qazaxıstan millisinin sabiq üzvü Ruslan Qumar deyib.

Yerli mətbuata danışan veteran futbolçu millimizlə iyunun 5-də Astanada keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb:

"Stanimir Stoylov artıq komandanı götürüb. İki oyuna görə nəticələr müsbətdir. Yığmada oyun üslubu hiss olunur. Məncə, Qazaxıstan yaxşı oyun göstərib qalib gələcək. Azərbaycan layiqli rəqibdir. Belə matçlarda bəzi futbolçuları sınaqdan keçirmək olur. Güclü rəqiblərlə oyunda isə bunu etmək mümkün deyil. Məhz buna görə belə bir rəqib seçilib".

Qeyd edək ki, Qazaxıstan - Azərbaycan oyunu iyunun 5-də Astanada keçiriləcək. Görüş Bakı vaxtı ilə 18:00-da start götürəcək. Bu oyundan bir gün əvvəl isə iki ölkənin U-21 yığması üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru