"Real" klubu Kriştiano Ronaldoya 1 milyard avro qiymət qoyub

10-09-2015, 11:24           

İspaniyanın "Real" futbol klubu yaxın vaxtlarda portuqaliyalı hücumçu Kriştiano Ronaldonu satmaq niyyətində deyil

"Report" xəbər verir ki, bunu klubun prezidenti Florentino Peres bildirib. O, həmçinin qeyd edib ki, futbolçunun xidmətlərində maraqlı olan PSJ heyətini portuqaliyalı futbolçu ilə gücləndirə bilər, lakin parislilər onun transferinə görə 1 milyard avro ödəməli olacaqlar.

"Əgər PSJ Kriştiano Ronaldonu istəyirsə, o zaman hər şey çox sadədir: onlar 1 mlrd. avro ödəməli olacaqlar. Futbolda nəyisə qabaqcadan demək çətindir, lakin biz portuqaliyalı ilə 2016-cı ildə ayrılmaq niyyətində deyilik. Onun klub ilə müqaviləsi daha üç il müddətinə nəzərdə tutulub", — deyə Peres xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru