Boksçu rinqdə aldığı travmadan öldü

15-09-2015, 13:15           
Boksçu rinqdə aldığı travmadan öldü
Avstraliyalı boksçu Kiçik Devid Braun rinqdə filippinli Karlo Maqali ilə döyüş zamanı aldığı travmalardan dünyasını dəyişib.

"Report" "Sky News Australia" nəşrinə istinadən xəbər verir ki, Beynəlxalq Boks Federasiyasının versiyası üzrə regional titullardan biri uğrunda Braun və Maqali arasında keçirilən döyüş 12-ci raundda nokautla filippinlinin xeyrinə başa çatıb. Qarşılaşma cümə günü baş tutub.

Döyüşdən sonra 28 yaşlı Braun kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.

O, peşəkar rinqdə 25 döyüş keçirib (22 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.