DÇ-2018: Kolumbiya və Yaponiya 1/8 finala vəsiqə qazanıb – VİDEO

28-06-2018, 23:22           
DÇ-2018: Kolumbiya və Yaponiya 1/8 finala vəsiqə qazanıb – VİDEO
Futbol üzrə dünya çempionatının H qrupunda III tur qarşılaşmalarına yekun vurulub.

“Report”un məlumatına görə, qrup mərhələsinin son oyununda Kolumbiya Seneqalı, Polşa isə Yaponiyanı 1:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra Kolumbiya xallarının sayını 6-ya çatdıraraq qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb. Yaponiya və Seneqal yığmalarının hər ikisi qrup mərhələsini 4 xalla başa vurub. Komandaların topladığı xallar və digər göstəriciləri də bərabər olduğundan, oyunlarda ən az vərəqə alan Yaponiya yığması növbəti mərhələyə yüksəlib.

DÇ-2018, 28 iyun, III tur

H qrupu

18:00. Yaponiya – Polşa 0:1

Qol: Yan Bednarek, 59

Hakimlər: Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Sivela (CAR), Rikardo Montero (Kosta Rika)

Volqoqrad, “Volqoqrad Arena”

18:00. Seneqal – Kolumbiya 0:1

Qol: Yerri Mina, 74

Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Bamlak Tessema Veyesa (Efiopiya)

Samara, “Samara Arena”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru