Çempionlar Liqasının II təsnifat mərhələsində növbəti cavab oyunları keçiriləcək

1-08-2018, 08:10           
Çempionlar Liqasının II təsnifat mərhələsində növbəti cavab oyunları keçiriləcək
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündə 9 qarşılaşma baş tutacaq. Azərbaycan çempionu "Qarabağ"la yanaşı, potensial rəqibləri də üz-üzə gələcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv növbəti mərhələyə yüksələcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasındakı Belarusda baş tutan ilk görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı isə səfərdə Danimarka "Mityulland"i ilə münasibətlərə aydınlıq gətirəcək. "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv evdə rəqibini 2:1 hesabı ilə üstələyib.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunları

1 avqust


20: 00 HİK (Finlandiya) - BATE (Belarus)

İlk oyun - 0:0

21:00 "Mityulland" (Danimarka) -"Astana" (Qazaxıstan)

İlk oyun - 1:2

21:00 "Qarabağ" (Azərbaycan) - "Kukesi" (Albaniya)

İlk oyun - 0:0

21:15 "Malmö" (İsveç) - ÇFR (Kluj, Rumıniya)

İlk oyun - 1:0

21:30. "Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya)

İlk oyun - 0:3

22:00. "Bazel" (İsveçrə) - PAOK (Yunanıstan)

İlk oyun - 1:2

22:00. "Videoton" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan)

İlk oyun - 0:0

22:30. "Şturm" (Qrats, Avstriya) - "Ayaks" (Hollandiya)

İlk oyun: 0:2

22:45. "Rusenborq" (Norveç) - "Seltik" (Şotlandiya)

İlk oyun: 1:3












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.