“Mançester Yunayted” hücumçusunu cəzalandırıb

1-08-2018, 22:30           
“Mançester Yunayted” hücumçusunu cəzalandırıb
İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Antoni Marsyalı 200 min avro məbləğində cərimələyib.

“Report” “The Sun”a istinadən xəbər verir ki, buna səbəb 23 yaşlı hücumçunun 8 gün ərzində icazəsiz komandanın düşərgəsində yer almamasıdır.

Fransalı forvard ötən həftə oğlu dünyaya gəldiyi üçün Parisə gedib.

Qeyd edək ki, Marsyal 2015-ci ildən “Mançester Yunayted”də çıxış edir. Baş məşqçi Joze Mourinyo ilə münasibəti yaxşı olmayan hücumçunun komandadan ayrılacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru