Çempionlar Liqası: Səfərdə yalnız "Fənərbağça" uduzub

8-08-2018, 08:13           
Çempionlar Liqası: Səfərdə yalnız "Fənərbağça" uduzub
Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilir. Açılış oyununda Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana” komandası Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv gələn həftə keçiriləcək cavab görüşü ərəfəsində özünü çətin vəziyyətə salıb.

Bu matçda Almeyda meydana 46-cı dəqiqədə daxil olub. "Qarabağ"ın daha bir sabiq yarımmüdafiəçisi Pedro Enrike isə start heyətdə yer alıb və sonadək çıxış edib.

"Qarabağ" da öz meydanında uduzub. Azərbaycan təmsilçisi Belarus BATE-sinə minimal hesabla yenilib. Daha 4 görüşdə qalib müəyyənləşməyib. Səfərdən məğlub qayıdan yeganə klub isə Türkiyə "Fənərbağça"sı olub. İstanbul komandası Portuqaliyada qapısından bir top buraxıb.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Cavab oyunları

7 avqust

18:00. "Astana” (Qazaxıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2

Qollar: Mario Budimir, 39. Dani Olmo, 84

21:00. "Qarabağ" (Azərbaycan) - BATE (Belarus) - 0:1

Qol: Stanislav Draqun, 36

21:15. "Malmö" (İsveç) - "Videoton" (Macarıstan) - 1:1

Qollar: Anders Kristiansen, 62 - Loik Neqo, 71

21:30. "Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1

Qollar: Yozef Quşbauer, 90+5 (penalti ilə) - Benjamin Verbiç, 82

22:00. "Standard" (Belçika) - "Ayaks" (Hollandiya) - 2:2

Qollar: Medhi Karsela, 67. Reno Emon, 90+4 - Klaas-Yan Huntelaar, 19. Duşan Tadiç, 34

22:00. "Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) - 1:1

Qollar: Əl-Fərdi ben Nabuhane, 23 (penalti ilə) - Erik Qrendel, 25

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) - 1:0

Qol: Franko Servi, 69

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin qalan 3 ilk oyunu bu gün keçiriləcək. Cavab görüşləri isə avqustun 14-də olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru