Şahmat üzrə Azərbaycan millisinin kapitanı dəyişdirilib

27-08-2018, 21:23           
Şahmat üzrə Azərbaycan millisinin kapitanı dəyişdirilib
Sentyabrın 23-də Gürcüstanın Batumi şəhərində start götürəcək 43-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin kapitanı dəyişdirilib.

Bu barədə "Report”a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib. O, deyib ki, yeni kapitan Qədir Hüseynov olacaq. Dəyişikliklə bağlı qərarı federasiya rəhbərliyi ilə şahmatçılar birgə qəbul edib. Ümumi rəyə əsasən, Eltac Səfərlinu Hüseynov əvəzləyib.

M.Məmmədov olimpiadada iştirak edəcək Azərbaycan millisinin heyətinin müəyyənləşdiyini də söyləyib. O, komandada 5 qrossmeysterin yer alacağını bildirib: "Birinci lövhədə Şəhriyar Məmmədyarov yer alacaq. Qalanlarında isə ardıcıllıqla Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli olacaq. Yarışa hazırlıqla əlaqədar, sentyabrın birinci yarısında təlim-məşq toplanışı olacaq. Azərbaycanın məqsədi hər zaman yüksək nəticə qazanmaqdır”.

Qeyd edək ki, olimpiadaya oktyabrın 6-da yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru