“Qarabağ” klubunun Avroliqada keçirəcəyi oyunların tarixi elan edilib

1-09-2018, 07:51           
“Qarabağ” klubunun Avroliqada keçirəcəyi oyunların tarixi elan edilib
Avqustun 31-də UEFA püşkatmadan sonra Avropa Liqasının təqvimin elan edib. Trend-in məlumatına görə, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu qrup mərhələsində ilk oyununu Portuqaliyada “Joze Alvalade” stadionunda meydan sahibi “Sportinq” klubuna qarşı keçirəcək. Azərbaycan təmsilçisi turnirdə yer aldığı “E” qrupunda ilk və son görüşlərini səfərdə keçirəcək.

Təqvimin tam siyahısı:

20 sentyabr

“Sportinq” – “Qarabağ”

“Arsenal” – “Vorskla”

4 oktyabr

“Vorskla” – “Sportinq”

“Qarabağ” – “Arsenal”

25 oktyabr

“Qarabağ” – “Vorskla”

“Sportinq” – “Arsenal”

8 noyabr

“Vorskla” – “Qarabağ”

“Arsenal” – “Sportinq”

29 noyabr

“Qarabağ” – “Sportinq”

“Vorskla” – “Arsenal”

13 dekabr

“Sportinq” – “Vorskla”

“Arsenal” – “Qarabağ”

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına sentyabrın 20-da start veriləcək. Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru