Kosovonun millimizlə oyun üçün heyəti açıqlandı - Ulduz futbolçu Bakıya gəlməyəcək

3-09-2018, 16:09           
Kosovonun millimizlə oyun üçün heyəti açıqlandı - Ulduz futbolçu Bakıya gəlməyəcək
Kosovo yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları ilə oyunlar üçün heyəti açıqlanıb.

Baş məşqçi Bernard Şallan 24 futbolçuya dəvət göndərib. Heyətdə yerli çempionatda oynayan yalnız bir futbolçu var. 23 futbolçu ölkə xaricində top qovur.

Komandanın ulduz futbolçusu Valon Berişa isə zədə səbəbində milliyə çağrılmayıb.

Qapıçılar: Samir Uykani ("Rizəspor"), Faton Maloku ("Kukesi"), Visar Bekay ("Priştina");

Müdafiəçilər: Amir Rrahmani ("Dinamo", Zaqreb), Fidan Aliti ("Skenderbeu"), Mergim Voyvoda ("Muskron"), Ardian İsmayli ("Hayduk"), Kastriot Dermaku ("Kosenza"), Leart Paçarada ("Sandhauzen"), Benjamin Kololli ("Sürix"), Jetmir Krasniqi ("Luqano"), Arbenit Cemayli ("Ksamaks");

Yarımmüdafiəçilər: Hekuran Kryeziu ("Sürix"), Herolind Şala ("Start"), İdriz Voka ("Lüzern"), Bernard Berişa ("Axmat"), Arber Zeneli ("Heerenveen"), Milot Raşika ("Verder"), Edon Jegrova ("Genk"), Bersant Selina ("Suonsi");

Hücumçular: Elbasan Raşani ("Odds"), Donis Avdiyay ("Villem II"), Vedat Muriqi ("Rizəspor"), Adhe Nuhiu ("Şeffield").

Azərbaycan - Kosovo oyunu sentyabrın 7-də Bakı Olimpiya stadionunda keçiriləcək












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru